Rusiya NATO müttəfiqlərinə qarşı düşmənçilik hərəkətlərindən ibarət məsuliyyətsiz kampaniyasını davam etdirir. O bizim qətiyyətimizi zəiflətməyə və Ukraynaya göstərdiyimiz dəstəyi dayandırmağa çalışır.

BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

“Lakin Rusiya buna nail ola bilmir. O, həm Ukraynadakı döyüş meydanında, həm də birliyimizi və Ukraynaya dəstəyimizi sarsıtmaq cəhdlərində uğursuzluğa düçar olur. Moskvaya ünvanladığımız mesaj aydındır: Biz Ukrayna üçün daha az deyil, daha çox iş görəcəyik”, - Rutte bildirib.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA