İsrail Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla görüş zamanı ondan BƏƏ-nin İsraili 7 oktyabr 2023-cü il hücumları barədə xəbərdar etməsi ilə bağlı iddiaları təkzib etməsini istəyib.

BUTA.TV xəbər verir ki, bu barədə AP mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu mövzu görüşdə müzakirə olunan əsas məsələlərdən biri olub.

Lakin nəşrin mənbələri İsrail baş naziri ilə BƏƏ prezidenti arasında hansı razılaşmaların əldə edildiyini açıqlamayıb.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 27-də gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər etdiyi və Məhəmməd bin Zayed ən-Nəhyanla qapalı görüş keçirdiyi iddiası yayılıb.

İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO