İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun Dəməşq yaxınlığındakı mövqelərinə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə Suriya Hərbi Hava Qüvvələri Komandanlığı bəyanat yayıb.
“İsrail mayın 2-i işğal altındakı Qolan təpələrindən Dəməşq yaxınlığındakı hərbi obyektlərə hava hücumu həyata keçirib. Nəticədə 8 əsgər yaralanıb və maddi ziyan dəyib”, - bəyanatda deyilir.
Yerli medianın məlumatına görə isə hava zərbələri Dəməşq Beynəlxalq Hava Limanının cənub-qərbində yerləşən Hizbullah şiə milislərinin bazasına endirilib.
- Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı
- Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı
- Ağcabədidə ağır qəza: ölən var
- Ordumuz yeni modelə keçir, gücünü artırır
- Arda DÇ-də rekorda imza atdı
- Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi - Yenilənib - Video
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva