Murad Arif məktəb seçimi ilə bağlı valideyn qərarlarını müzakirəyə çıxarıb.

BUTA.TV” xəbər verir ki, o bəzi valideynlərin övladlarını yaşadıqları ərazidən uzaqda yerləşən məktəblərə göndərməsini tənqid edib.

Müğənni bildirib ki, yuxarı siniflərdə övladını konkret ixtisasa və ali məktəbə yönəltmək istəyən valideynlərin fərdi müəllimlərə müraciət etməsi onsuz da mümkündür. Onun fikrincə, buna görə uşaqların hər gün uzun müddət yolda qalması məntiqli deyil.

“Onsuz da 8-ci, 9-cu siniflərdən uşağına fərdi müəllim axtarıb konkret sahəyə, instituta yönəldəcək valideynlərin bu gün “yaxşı məktəb” adı ilə övladlarını qaldığı rayonda yox, 3-4 rayon o tərəfdə məktəbə göndərməsini, körpəni hər gün 90-120 dəqiqə tıxaclarda yaşamasını anlaya bilmirəm. Bu boyda məntiqsizlik olar?”

M.Arif bölgələrdə təhsil alan şagirdlərin yüksək nəticələr göstərdiyini də vurğulayıb:

“Faktdır ki, bölgələrdən, periferiyadan yüksək bal nəticələri, xarici ölkələrə qəbul nəticələri var. Sizcə, bu axmaqlığa qarşı, yaşayış yerinə görə məktəb təyinatı qərarı qəbul edilməlidirmi?”

PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır