İspaniyada toy mərasimi zamanı gəlinin toy təşkilatçısı ilə münasibətdə olduğu iddiası kütləvi davaya səbəb olub.

BUTA.TV xəbər verir ki, "ABC" nəşri Ourense şəhərində baş verən insidentlə bağlı məlumat yayıb.

Toy Portuqaliya sərhədinin yaxınlığında yerləşən malikanə-hoteldə keçirilib. Şahidlərin sözlərinə görə, məclis zamanı gəlin qonaqların hədiyyə etdiyi pullardan 40 min avro (təxminən 77 700 manat - red.) tələb edib.

Məlumata görə, bəy bu məbləği verməkdən imtina edib və bundan sonra hər iki ailənin üzvləri arasında mübahisə yaranıb. Bildirilir ki, dava zamanı gəlin bir neçə boşqab sındırıb. Daha sonra onun toy təşkilatçısı ilə münasibətdə olduğu iddia edilib.

Gəlinin dostlarına yeni həyat yoldaşına qarşı heç bir hissinin olmadığını və vəkilinin artıq boşanma məsələsi ilə məşğul olduğunu söylədiyi də bildirilir.

Davanı İspaniya Mülki Qvardiyasının əməkdaşları dayandırıblar.

Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb