Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Ukraynada təşkil olunan kütləvi əyləncə gecəsi diqqət çəkib.

BUTA.TV xəbər verir ki, qapalı məkanda keçirilən tədbirdə çox sayda gənc iştirak edib.

Gecə ərzində musiqi və işıq şouları nümayiş etdirilib, müxtəlif rəqs performansları keçirilib.

Tədbirdən yayılan görüntülərdə gənclərin rəqs meydançasında əyləndiyi, bəzi iştirakçıların isə baş verənləri mobil telefonları ilə lentə aldığı görünür.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi 2022-ci ilin fevralından davam edir. Ölkənin müxtəlif bölgələrində hərbi əməliyyatlar və hücum təhlükəsi qalmaqda olduğu bir vaxtda belə tədbirlərin keçirilməsi sosial mediada fərqli reaksiyalara səbəb olub.

Bəzi istifadəçilər müharibə şəraitində bu miqyasda əyləncə təşkil olunmasını tənqid edib. Digərləri isə illərdir müharibə şəraitində yaşayan insanların gündəlik həyatlarını, o cümlədən sosial və mədəni fəaliyyətlərini davam etdirməsinin təbii olduğunu bildiriblər.

Ukraynada müharibə fonunda sosial həyatın davam etməsi ilə bağlı bu cür görüntülər zaman-zaman ictimai müzakirələrə səbəb olur.

Rusiya-Ukrayna müharibəsi dördüncü ildönümünü geridə qoyub. Tərəflər arasında müxtəlif diplomatik təmaslar keçirilsə də, sentyabr ayında da müharibəni başa çatdıracaq yekun razılaşma əldə olunmayıb.

Eyni zamanda ABŞ nümayəndələrinin Moskva və Kiyevdə apardığı təmaslardan da müharibənin sona çatdırılması ilə bağlı konkret nəticə açıqlanmayıb.





Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu