Putinin andiçmə mərasiminə yalnız o gələcək

12:40 - 6 May 2024 - GÜNDƏM

 Putinin andiçmə mərasiminə yalnız o gələcək

Qaydaya görə, Rusiyada andiçmə mərasiminə heç kim dəvət olunmur. Andiçmə mərasimi liderlə xalq arasında olan ünsiyyətidir. Digər ölkələrin nümayəndələri isə bu mərasimdə çox məhdud formatda iştirak edir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Putinin sabahkı andiçmə mərasimini şərh edərkən deyib.

“Məncə, Belarus Prezidenti Aleksandr Lukaşenko andiçmə mərasimində iştirak edəcək. Çünki Belarus nəinki dost, müttəfiq ölkədir o, həm də İttifaq Dövlətində yer alır. Lukaşenko özü də Qərbin sərt sanksiyaları altındadır. Bir sözlə, Putinlə Lukaşenko arasında qardaşlıq əlaqələri var və onlar bir səngərdədir. Ola bilsin ki, başqa heç kim iştirak etməsin”, - o bildirib.

Markov Rusiya Prezidenti Putinin seçki qalibiyyətinin tanınmamasına da toxunub:

“Putinin prezident kimi tanınmamasına gəlincə, bu, düzgün ifadə deyil. Qərb ölkələri Putini Rusiya prezidenti kimi tanıyır, amma seçkinin legitimliyini tanımırlar. Çünki Rusiyada prezident seçkisi həm də məlum o, 5 regionda aparıldı. Qərb bu regionları Rusiya ərazisi hesab etmir, Ukrayna torpağı kimi tanıyır. Ordakı səsləri legitim saymır. Rusiya Qərblə müharibədə deyil, amma onlar Rusiya prezidentinə pislik edirlər. Onların düşmən hesab etdikləri şəxsə qarşı bu münasibəti tamamilə təbii haldır. Qərb düşməninin seçilmək legitimliyini tanımaqdan imtina edir. Onlar Putini Rusiya prezidenti kimi qəbul edir. Rusiyadan nəsə tələb edəndə, Putindən tələb edir, sülh danışıqları təklif edəndə Putinə təklif edirlər. Qərb Rusiyadan sülh sənədini, məsələn, Zelenskinin sülh formulu sənədini imzalamağı istəyəndə də Putinə müraciət edir. Bu baxımdan da Putini prezident kimi tanıyır, lakin legitim yolla seçilməsini tanımırlar”.

Rusiyalı politoloq qeyd edib ki, Putinin andiçmə mərasmində terror hadisəsi baş verə bilər:

“Təhlükəsizliyə gəlincə, təxribat, terror, hətta Putinə sui-qəsd də ola bilər. Kreml hesab edir ki, müasir düşməni Ukraynadakı rejim terrorçu rejimdir. Eyni zamanda, ABŞ, AB və Britaniyanın bu terror rejimini kurasiya etdiyini və çox təəssüf ki, həmin ölkələrin özlərinin də Kiyev rejiminin bir neçə terrorunda aktiv iştirak etdiyini bilirlər. Aydındır ki, Kiyevin Zaporojye AES-i atəşə tutması nüvə terrorudur və bu, Qərb tərəfindən dəstəklənir. ABŞ, Britaniya, Polşa, Ukrayna kəşfiyyat kombinasiyası Şimal Axını qaz kəmərini partladıb. Bundan əlavə, Rusiyada bir çox vətəndaş və hakimiyyət üzvləri əmindir ki, “Krokus” terroru Ukrayna tərəfindən başqa bayraq altında törədilib. Andiçmə mərasimində terror olacağı ehtimalı çox böyükdür və ona görə də xüsusi təhlükəsizlik tədbirləri görülür”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol