Ermənistan İstintaq Komitəsi başladılan cinayət işi çərçivəsində Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində qətimkan tədbiri kimi həbs edilməsi barədə məhkəməyə vəsatət təqdim edib.

BUTA.TV bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb.

Xatırladaq ki, Azərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video