ABŞ və Ukrayna bu sahədə ilk razılaşmanı imzaladı
ABŞ və Ukrayna kritik əhəmiyyətli minerallar sahəsində ilk sazişi imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının investisiya bölməsinin rəhbəri Konor Koulman məlumat verib.
Məlumata görə, Birgə İnvestisiya Fondu Ukraynanın "BGV Group" şirkəti ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar sərmayə yatırır. Qeyd olunub ki, fond nadir torpaq metalları, uran, berillium və sirkonium yataqları da daxil olmaqla, faydalı qazıntıların hasilatı layihələri ilə məşğul olacaq.
“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi