"Aqrar sahə haqqında" yeni Qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

BUTA.TV xəbər verir ki, layihəyə əsasən, aqrar sahədə elmin inkişafı və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə dövlət tərəfindən elmi tədqiqat, təcrübə və sınaq fəaliyyəti, habelə aqrar təhsil, təlim, peşə hazırlığı təşkil edilir və dəstəklənir.

Aqrar sahədə elmi tədqiqatlar aşağıdakı əsas istiqamətlər üzrə aparılır:

- yerli şəraitə uyğun daha məhsuldar və davamlı bitki sortlarının və heyvan cinslərinin yaradılması;

- mövcud sort və cinslərin yaxşılaşdırılması;

- yüksək keyfiyyətli toxum və damazlıq materialının istehsalının təşkili;

- mədəni bitkilərin genetik ehtiyatlarının pasportlaşdırılması və mühafizəsi;

- yerli bitki sortları və heyvan cinslərinin (növlərinin) nümunələrinin müəyyən edilməsi və qorunması;

- bitki sağlamlığı, bitki mühafizəsi və bioloji təhlükəsizlik;

- aqrar məhsula mənşə adlarının verilməsi;

- suvarma suyundan istifadə prinsiplərinin öyrənilməsi və təkmilləşdirilməsi;

- heyvanların davamlı biotəhlükəsizliyi, biomühafizəsi, sağlamlığı və heyvan xəstəliklərinin profilaktikası sahəsində yeni metod və texnologiyaların işlənilməsi və təkmilləşdirilməsi;

- torpaqların münbitliyinin və suvarma suyunun keyfiyyətinin qorunması və yaxşılaşdırılması;

- mövcud kənd təsərrüfatı texnikasının səmərəli istifadəsi, habelə yeni texnikanın yaradılması;

- aqrar sahədə yaranan tullantıların səmərəli idarə edilməsi və digər sahələrdə yaranan tullantıların idarə olunmasında aqrar sahənin imkanlarından istifadə edilməsi;

- aqrar sahəyə dair yerli şəraitdə aparılan elmi tədqiqat işlərinin səmərəli nəticələrinə (bioloji, ekoloji, iqtisadi, hüquqi, texniki) əsaslanan dövlət standartı layihələrinin işlənib hazırlanması;

- normativ hüquqi aktlarla qadağan edilməmiş digər istiqamətlər.

Aqrar sahədə elmi fəaliyyət və təhsil fəaliyyəti müvafiq olaraq "Elm haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil edilir.

“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi “Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi