Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsindəki hesabında paylaşım edilib.
“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - paylaşımda bildirilib.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyaya da başsağlığı mesajı göndərib.
"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik", - başsağlığı mesajında qeyd olunub.
- Prokuror Qubad İbadoğlunun qardaşına cəza istədi
- Yevlax xəstəxanasının baş həkimi işdən çıxarıldı
- Daha 5 itkin-şəhid dəfn olunacaq - Foto
- Generala ağır itki
- 2 milyonluq kompleks investisiya müsabiqəsinə çıxarılır
- “By Ella” ləqəbli bloqer həbs edildi
- Boşanmaların ən yüksək olduğu ərazi...
- Qusarda ağır qəza: ölən var