ABŞ və AB-dən Kreml və Rusiya Prezidenti Vladimir Putinə sanksiyalar tətbiq etməyi xahiş etdim, lakin onlar bundan imtina etdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mən Prezident Baydendən və Avropa Birliyindən xahiş etdim ki, işğaldan əvvəl Kremlə, Putinə, onun ətrafına, enerjisinə sanksiyalar tətbiq etsinlər ki, Putin müharibənin ağrılı olacağını bilsin; rus xalqı bilsin ki, bu, iqtisadi baxımdan zərərlidir”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın tələbi təmin edilməyib, ABŞ və AB sanksiyalar tətbiq etməkdən imtina edib:
“Hamısı dedi ki, yox, əvvəlcə ruslar bir addım atmalıdırlar, sonra biz müvafiq addımları atacağıq. Nəticə nədir? – böyük və bərpaolunmaz insan itkisi. Məncə, bu, fəlakətdir. Mənə elə gəlir ki, bizi sizinlə xarabalıqda oturmuşuq. Öldürülən insanlar, talelər, zorakılıqlar…”
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Gəmi kapitanı Səmədin nəşi tapıldı
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq