Mayın 19-da helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı daha bir təbliğat kampaniyası başladılır.
BUTA.TV xəbər verir ki, bu barədə Buşəhr əyalətinin İrşad İdarəsinin rəhbəri Əbdülrəhim Əfruq məlumat yayıb.
Onun sözlərinə görə, “İbrahimlə əhd” adlı kampaniya ilk olaraq bu əyalətdə başlayacaq.
“İbrahim Rəisinin əli yuxarıda olan fotosu dayanacaqlar və ictimai yerlərdə quraşdırılacaq. Vətəndaşlar fotoya toxunaraq, onunla əhd bağlayıb, yolunu davam edəcəklərinə söz verəcəklər”, - Əfruq deyib.
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı