Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus içində 11 nəfər azərbaycanlı olan “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla, digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.
“BUTA.TV” xəbər verir ki, “Dənizçilərin İctimai Birliyinin” sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu bildirib.
Birlik sədri öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olan kapitanın yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hücum barədə məlumat yayıb. Məlumatda xilas edilən ekipaj üzvlərinin vəziyyətinin qənaətbəxşt olduğu, kapitanın axtarışı istiqamətində tədbirlər görüldüyü qeyd edilib.
Kapitan Səməd Nəsrullayevin fotosunu təqdim edirik:

- 10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış
- Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
- İvan Svetliçnıy barəsində qərar verildi
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib