Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.
BUTA.TV xəbər verir ki, dövlət başçımızın buna dair səsləndirdiyi fikirləri xatırladan Ərsin Tatar deyib.
“Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr Türk xalqı üçün olduqca vacib və dəyərlidir”, - Ə.Tatar vurğulayıb.
Dövlətimizin başçısının Şərqi Aralıq dənizindəki türk dövləti-Şimali Kiprin hər sahədə Türk dünyasının ayrılmaz bir parçası olduğuna dair ifadələrini dilə gətirən Ərsin Tatar xalqı adından Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edərək deyib:
“Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir
- Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı