Xəzər dənizində süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün həm də iqtisadi baxımdan yeni bir imkandır. Nəzərə alaq ki, süni torpaq sahələrinin yaradılmasında yalnız dövlət qurumları deyil, həm də fiziki və hüquqi şəxslər də iştirak edə biləcək.
Bu sözləri BUTA.TV-a iqtisadçı, milət vəkili Vüqar Bayramov Xəzər dənizinin Azərbaycan hissəsində süni adaların yaradılmasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, bu, sahibkarlar üçün yeni bir imkandır:
“Məqsəd süni torpaq sahələrini yaratmaqla investisya qoyuluşu, xarici sərmayənin cəlb edilməsi və Xəzərin Azərbaycana aid olan hissəsinin infrastrukturunun genişləndilməsinə nail olmaqdır. Sinqapur, BƏƏ və digər ölkələrin təcrübəsi göstərir ki, dənizdə süni torpaq sahələrinin yaradılması həmin ölkələrin inkişafına xüsusi töhfə verir. Belə torpaq sahələrinin yaradılması xüsusən də iqtisadi inkişafa malik olan ölkərdə müşahidə olunur. Bu, yeni imkanlar deməkdir və Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanması hesab oluna bilər, xüsusən də qeyri-enerji sektoruna sərmayələrin cəlb olunmasına imkan verəcək”.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanunu təsdiqləyib.
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir
- Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi