Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron özünü Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko kimi təqdim edən fırıldaqçının qurbanına çevrilib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya mediası Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Söhbət zamanı Kemeron danışdığı şəxsin dələduz olmasından şübhələnib. Buna səbəb isə prankerin (telefon xuliqanı) ondan Britaniya hökumətinin digər üzvlərinin əlaqə məlumatlarını istəməsi olub:
“Əvvəlcə, tərəflər arasında bir neçə mətn mesajı olub, ardınca Kemeronla Poroşenko olduğu iddia edilən şəxs arasında qısa videodanışıq həyata keçirildi. Digər rəsmilərin əlaqə məlumatları da istənilincə, xarici işlər naziri danışıqları dayandırdı”, - nazirliyin məlumatında deyilir.
Məsələ ilə bağlı danışan P.Poroşenko prankerlərin fəallaşdığını, onların Avropa liderlərinə çağırışlarının sıradan bir oyun olmadığını deyib.
“Bu, dostlarımız və müttəfiqlərimiz arasında nifaq toxumu səpmək cəhdlərindən əl çəkməyən Rusiya xüsusi xidmət orqanlarının planlı əməliyyatıdır. Rusiya təkcə Ukrayna ilə deyil, bütün Avropa və sivil dünya ilə müharibə aparır. Qaydasız, kinli, hibrid müharibə… Saxtakarlıq, zorakılıq, yalan məlumatlar və manipulyasiya onların tipik üsullarıdır”, - Poroşenko yazıb.
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı
- Yanacaq daşıyan “Mercedes”də yanğın - Video
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama