Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir.
“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”.
O xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sərkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynanın Buça şəhərinə səfər edib.
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir