Pakistan hərbi maşınına hücum: 7 əsgər öldü

21:46 - 9 İyun 2024 - GÜNDƏM

 Pakistan hərbi maşınına hücum: 7 əsgər öldü

Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə hərbi yük maşınına hücum nəticəsində 7 əsgər həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” Pakistan ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Lakki Marvat rayonunda baş verib. Ordunun bəyanatında deyilir ki, əldəqayırma partlayıcı qurğunun hərbi maşının yaxınlığında partlaması nəticəsində biri zabit olmaqla, 7 əsgər həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol