KTMT-nin cari il üçün büdcəsi Ermənistan rəhbərliyinin ödəmədən imtina etməsi səbəbindən düzəliş tələb edir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir. Bu halda töhfələrin yenidən bölüşdürülməsindən söhbət getmir. KTMT katibliyi və KTMT-nin Birgə Qərargahı İrəvanın öz əməkdaşlarını kvota vəzifələrindən geri çağırması səbəbindən xərcləri azaldıb”, - məlumatda deyilib.
Qeyd olunur ki, Moskva İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini davam etdirməsinin tərəfdarıdır.
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı
- Əli Kərimli DTX-ya aparıldı