Daxili Qoşunların polkovniki qəfil öldü - Foto

11:22 - 10 İyun 2024 - GÜNDƏM

 Daxili Qoşunların polkovniki qəfil öldü - Foto

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib.

1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol