Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesi artıq iki aydır ki, davam edir. Lakin proses tam başa çatmayıb. Onların çox az bir hissəsi hələ də Azərbaycan ərazisində qalmaqdadır. Sülhməramlılar özlərinə aid silah və texnikaları bir neçə istiqamətdə - həm Goran, həm də Bərdə rayonundakı dəmiryol stansiyası vasitəsilə Azərbaycan ərazilərindən çıxarırlar.
BUTA.TV xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, rus kontingentinin sentyabr ayına qədər Azərbaycan ərazilərini tam tərk edəcəyini bildirib:
“Sülhməramlıların həm Xocalı aeroportu, həm də Ağdam rayonu ərazisindəki Monitorinq Mərkəzindəki bayraqları da artıq endirilib. Bu isə o deməkdir ki, onlar artıq Azərbaycan ərazilərində heç bir funksional vəzifələr yerinə yetirmirlər. Yalnız özlərinə aid olan silah, texnika və avadanlığın son hissələrini çıxarmaqla məşğuldurlar. Ümumilikdə isə Azərbaycan və Rusiya rəhbərlikləri arasında əldə olunan razılaşmaya əsasən, bu proses sentyabr ayının sonuna qədər yekunlaşmalıdır. Ərazidə baş verənlər, rusların intensiv şəkildə Azərbaycanı tərk etməsi onu göstərir ki, proses daha əvvəl yekunlaşa bilər”.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq