Avropada seçki nəticəsi Kremli sevindirir

14:58 - 10 İyun 2024 - GÜNDƏM

 Avropada seçki nəticəsi Kremli sevindirir

Kreml sağçı partiyaların Avropa Parlamentinə seçkilərdə uğur qazandığını müşahidə edir.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Avropa Parlamentində sağ partiyaların populyarlığının artmasında da dinamika görürük. Bu dinamika adi gözlə görünür. Avropayönlülərin lider mövqelərini qoruyub saxlamasına baxmayaraq, zaman keçdikcə sağçı partiyalar onların arxasınca addımlayacaq”, - Peskov bildirib.

Peskov rəsmi Moskvanın bu prosesləri izlədiyini deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol