Ukraynanın bir neçə vilayətinə zərbələr endirildi

10:00 - 13 İyun 2024 - GÜNDƏM

 Ukraynanın bir neçə vilayətinə zərbələr endirildi

Bu gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava hücumları edib.

BUTA.TV xəbər verir ki, Kiyev, Vinnitsa, Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Əsas hədəflər əsasən infrastruktur ərazilər olub.

Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, nəticədə 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 “Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 "Şahed" tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol