Nəhayət ki, Azərbaycan Dəmir Yollarının 2019-cu ildən gözlədiyi “Stadler” qatarları İsveçrədən gəlib çıxdı. Xatırlayıram ki, o zaman 10 ədəd ”Stadler”qatarının alınması üçün ADY ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə bağlanmışdı .
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, qatarlar gəlsə də, onların işləyəcəyi marşrutlar yoxdur:
“ADY açıqlama yayıb ki, gətirilən qatarlardan biri Bakı–Ağstafa–Bakı marşrutuna daxil ediləcək və reyslərin sayı artırılacaq.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Güman ki, Bakı-Qəbələ marşrutunda belə qatarlara ehtiyac olmayacaq, çünki öncədən də bilinirdi ki, yeni dayanacaqlar açılsa da, bu istiqamət üzrə tələbat yetərli deyil. Bəs qalan qatarlar harada işləyəcək?
Maraqlı məqam odur ki, 5 ildir daha çox tələbat olan aşağıdakı daxili marşrutlar işləmir: Bakı-Balakən, Bakı-Astara, Bakı-Qazax, Bakı-Böyük Kəsik, Bakı-Yalama”.
Onun sözlərinə görə, ciddi tələbat olan bu istiqamətlər üzrə sərnişindaşımanın nə zaman bərpa olunacağı hələlik açıqlanmayıb:
“ADY-nin fəaliyyətsiz olduğunu qeyd etmək ədalətsizlik olardı. Hazırda ADY-nin qazancı ancaq yükdaşımadan çıxır. Odur ki, diqqət yetirdikdə görünür ki, bu qurumda yükdaşıma prioritetdir və resurslar da bu istiqamətdədir. Daxili marşrutların təmiri, infrastrukturun bərpası isə böyük resurslar, investisiyalar tələb edir. Hökumət ADY-yə yetərli subsidiya vermir. Güman ki, yükdaşımadan gələn gəlirlə ADY ancaq özünü və mövcud infarstrukturu saxlaya bilir. 5 ildir ki, daxili marşrutları, rayon stansiyalarını ot basıb. Beləliklə, görünən odur ki, əvvəllər sərnişindaşıma üçün keyfiyyətli qatarlarımız yox idi, indi isə əla vəziyyətdə qatarlarımız var , amma onların işləyəcəyi infrastruktur yoxdur”.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib