ABŞ səfirliyi İrəvanda davam edən nümayişləri izləyir.
BUTA.TV xəbər verir ki, bu sözlər ABŞ-ın Ermənistandakı səfirliyinin ötən gün aksiyaçılarla polis arasında baş verən toqquşma haqda yaydığı bəyanatında əks olunub.
“Biz etirazçıları zorakılıqdan çəkinərək məsuliyyətli şəkildə sərbəst toplaşmaq hüququndan istifadə etməyə çağırırıq. Siyasi fikir ayrılıqlarının həlli demokratik proseslərlə təmin edilir.
Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların söz və sərbəst toplaşmaq hüququnu təmin etməklə ictimai asayişi qorumağa və nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurlar da daxil olmaqla, mümkün pozuntuların baş verdiyi bütün hadisələri araşdırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Ermənistanda keşiş Baqratın rəhbərlik etdiyi aksiyaçılarla polis arasında parlament binası yaxınlığında qarşıdurma baş verib. Qarşıdurma zamanı polis səs və tüstü bombalarından da istifadə edib. Nəticədə 17 polis, 98 aksiyaçı yaralanıb. Yaralananlar arasında media nümayəndələri də var.
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan