Zaxarova Hakan Fidanın Rusiyaya səfərini şərh etdi

23:20 - 13 İyun 2024 - GÜNDƏM

 Zaxarova Hakan Fidanın Rusiyaya səfərini şərh etdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanın bu yaxında Rusiyaya səfərinin yekunlarını şərh edib.

BUTA.TV xəbər verir ki, diplomat səfərin səmərəli və məhsuldar keçdiyini qeyd edib.

“Türkiyə xarici işlər nazirinin Rusiyaya səfəri səmərəli və məhsuldar keçdi. Rusiyanın siyasi rəhbərliyi, nazirliklərdəki və idarələrdəki həmkarları ilə görüşlər keçirildi, Rusiya Prezidenti tərəfindən qəbul edildi”, - Mariya Zaxarova deyib.

O, həmçinin Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Hakan Fidan arasındakı danışıqlardan da bəhs edib. “Rusiya və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin danışıqları BRİKS XİN Şurasının iclasları çərçivəsində keçirildi, beynəlxalq gündəmdə olan məsələlərin – həm Yaxın Şərq, həm Şimali Afrikadakı vəziyyət, həm Qafqaz, həm də Qara dəniz regionunun aktual aspektlərinə toxunuldu. Əlbəttə, aktual ikitərəfli məsələlər də müzakirə olundu, tərəflər habelə qarşılıqlı ticari-iqtisadi əlaqələri də nəzərdən keçirdilər”, - deyə Rusiya XİN nümayəndəsi əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol