ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Qrant Mikaelyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin son açıqlamalarını şərh edərkən deyib.
Mikaelyan amerikalı diplomatın sözlərini Bakının layihəsinə dəstək kimi qiymətləndirib:
“Zəngəzur dəhlizi mahiyyət etibarı ilə Ermənistan ərazisindən Naxçıvana eksterritorial marşrut əldə etmək ideyasıdır. Zəngəzur dəhlizi ilə bağlı mövqeyi çox qeyri-müəyyən olan Rusiyadan fərqli olaraq, ABŞ-ın bu mövzuda strateji marağı var. ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə bu məqsədə çatmaq üçün bir vasitə kimi qəbul edilir”.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Mikaelyan ABŞ-ın indiyə qədər Zəngəzur dəhlizinə niyə bu qədər önəm verməməsinə də aydınlıq gətirməyə çalışıb. Onun iddiasına görə, indiyə qədər Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi məsələsi gündəmdə idi. Ancaq son vaxtlar bu məsələ tamamilə qapandığından, ABŞ Zəngəzur dəhlizinin açılması ideyasını açıq şəkildə dəstəkləməyə başlayıb.
O istisna etməyib ki, Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmini məsələsi Türkiyəyə keçə bilər.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib