Qərb Ermənistanı AB-yə dəvət etmək fikrində deyil və bu təklif yaxın gələcəkdə Ukraynaya da edilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus-erməni xalqı arasında çoxəsrlik dostluq Vaşinqton, eləcə də onun müttəfiqləri üçün çoxdan “göz yarasına” çevrilib. Cənubi Qafqaz respublikasını Avro-Atlantik düşərgəyə çəkmək üçün əhəmiyyətli qüvvələr yerləşdirildi. İrəvana tam sədaqət müqabilində “qızıl dağları”, o cümlədən AB-yə üzvlük təklif olunur. Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə neokolonial siçan tələsinin yemidir. Heç kim “elita klubu”nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Banderovçulardan soruşun ki, onlar AB-yə üzv ola biliblərmi? Xeyr və onlar bunu tezliklə əldə etməyəcəklər. Ümumiyyətlə əldə edəcəklərmi?” - o bildirib.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib