Şuşa şəhərində dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən 18-i indiyədək bərpa edilib, iki yeni məscid tikilir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" beynəlxalq konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı:
"Prezidentin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə dörd il ərzində şəhərdə dörd məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla iki yeni məscidin inşasına başlanılıb".
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi
- Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...