Müasir Türkiyə qlobal oyunçu və beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarlarından biridir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iyunun 16-da Baş Qərargah rəisi Mətin Gürakın və qoşun komandanlarının iştirakı ilə keçirilən müşavirədə deyib.
Y.Gülərin sözlərinə görə, Türkiyənin həlledici rolu Qarabağ münaqişəsinin və Liviyada vətəndaş müharibəsinin sona çatmasında xüsusilə özünü göstərib.
“Bu günədək Ankara Yaxın Şərqdəki ziddiyyətlərin həlli üçün diplomatik səylər göstərir, münaqişə zonalarına humanitar yardım göndərir, Ukraynada qan tökülməsinə son qoymağa və nəticədə enerji və ərzaq böhranlarını aradan qaldırmağa çalışır. Bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi dəyərli təşəbbüslərdir”, - deyə türkiyəli nazir bildirib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Onun sözlərinə görə, Ankaranın beynəlxalq aləmdə nüfuzunun güclənməsi fonunda Türkiyə Silahlı Qüvvələrinin xaricdəki missiyalarının əhatə dairəsi genişlənir.
Müdafiə naziri dünyadakı qeyri-müəyyənliyə, o cümlədən Türkiyə sərhədlərində gərginlik və böhran zonalarının artmasına diqqət çəkib.
“Türkiyə ordusu bu gün də İraqın şimalında və Suriyada terrorçulara qarşı fəal mübarizəni davam etdirir. Türkiyənin maraqlarını pozan status-kvonun yaradılmasına yol verməyəcəyik”, - deyə Gülər vurğulayıb.
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” TNS-ə qarşı - Start heyətlər
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi