Beyninə atəş açılan 29 yaşlı kişi sağ qalıb.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, Krit adasında yaxın məsafədən vurulan fermer 97% ölüm ehtimalına baxmayaraq ölməyib.
Qeyd edilir ki, güllə fermerə təxminən 10 metr məsafədən dəyib. Yaralı bir saatdan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıb. Güllə iki yerə bölünərək onun beyninin sol yarımkürəsini deşib. Əməliyyat zamanı həkimlər güllə parçalarını çıxarmaq üçün kişinin kəllə sümüyünün fraqmentlərini çıxarmalı olublar.
Hadisədən 2 ildən çox keçməsinə baxmayaraq kişi hələ də mürəkkəb cümlələri başa düşməkdə çətinlik çəkir. O, həmçinin spazmlardan əziyyət çəkir. Ağır travmaya baxmayaraq fermer şüurunu tam itirməyib. O, duyğularını nümayiş etdirə, səslər vasitəsilə ünsiyyət qura bilir.
Qeyd edək ki, başından güllə yarası alan insanların 3%-dən azının sağ qaldığı təxmin edilir. Bunlardan daha az hissəsi normal həyata qayıda bilir.
- Pəhriz saxlamadan arıqlamağa imkan verən dərman
- Hiyləgər plan, yoxsa İran rüsvayçılığa üstünlük verir? - Markov
- Müharibə istəmirik, lakin Nəsrullah terrorçu idi - Harris
- BMT-də Lavrovun əlini sıxmaq üçün növbəyə durdular - Foto
- Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir
- İran bu ölkəyə ordu göndərməyə hazırlaşır
- Netanyahunun təyyarəsi endikdən yarım saat sonra zərbə
- İran aviaşirkəti Beyruta uçuşları dayandırdı