Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq ABŞ-a casusluqda ittiham edilən amerikalı jurnalist Evan Gerşkoviçin məhkəməsi qapalı keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, məhkəmə iyunun 26-da baş tutacaq.
Rusiya Gerşkoviçin “cinayət başında” tutulduğunu əsas gətirərək, 20 il həbsini istəyir.
“Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür” - İlahiyyatçı
Qeyd edək ki, Amerikanın “Voll Strit Jurnal” qəzetinin jurnalisti Evan Gerşkoviç Sovet mühacirlərindən birinin ailəsində doğulub. Nyu-Cersidə böyüyən Gerşkoviç rus dilini mükəmməl bilir. O, 2017-ci ilin sonlarında ingilisdilli “Moskva Tayms” qəzeti ilə əməkdaşlıq etmək üçün Moskvaya köçüb. Jurnalist 2023-cü ilin martında Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb.
Ağ Ev ittihamları “gülünc”, amerikalı jurnalistin həbsini isə “tamamilə qanunsuz” adlandırıb.
- Bu xəbərlərə də göz at
- Bakıda bu evlər sökülür: park salınır - Video
- TIR namaz qılan insanları əzdi: ölənlər var
- Faktiki hava açıqlandı
- Sumqayıtda qəza: qadın öldü
- 857-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Sabirabadda əməliyyat: Qardaşlar saxlanıldı