ABŞ Prezidenti Co Baydenin sosial mediada müzakirələrə səbəb olan videosu həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.
O bildirib ki, Baydenlə bağlı paylaşılan videolar manipulyasiya edilib:
“Bu paylaşımlar sizə cümhuriyyətçilərin burada nə qədər çarəsiz olduğuna dair bilinməsi lazım olan hər şeyi deyir. Prezidentin vəzifədəki performansını danışmaq, ölkə üçün, Amerika xalqı üçün nələr etdiyini müzakirə etmək əvəzinə, bu manipulyasiya edilmiş videoları görürük”.
O, həmçinin Ağ Evdə təşkil edilən tədbirdə Baydenin rəqs edənlərə qoşulmamasına da münasibət bildirib:
“Prezident orada dayanaraq musiqi dinləyib və rəqs etməyib. Üzrlü sayın, rəqs etməməyin səhhət problemi olduğunu bilmirdim. Ətrafdakı insanlara baxsanız, aralarında rəqs etməyənlərin də olduğunu görərsiniz”.
Qeyd edək ki, G7 liderləri şəkil çəkdirən zaman Baydenin sıradan çıxaraq, kənardakı hərbçilərlə söhbətə başlaması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib, onun ruhi problemi olduğu bildirilib.
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi
- Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?