KİV: Ermənistan Hindistandan yeni silahlar alır

17:22 - 18 İyun 2024 - GÜNDƏM

 KİV: Ermənistan Hindistandan yeni silahlar alır

Ermənistan müdafiə tədarükü strategiyasını genişləndirir, Hindistandan daha geniş çeşiddə hərbi məhsullar, o cümlədən qabaqcıl PUA-lar və orta mənzilli raketləri almağa çalışır.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” portalı məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan artıq “Akaş 1S” hava hücumundan müdafiə sistemini alıb, Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM orta mənzilli raketlərini, “Akaş-NG” orta mənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını müzakirə edir.

“Hindistan gələn il başlanılması gözlənilən “Akaş 1S” sisteminin tədarükünə hələ başlamayıb. “Akaş 1S” 30 km-ə qədər məsafədə təyyarələri vura bilən müasir hava hücumundan müdafiə sistemidir, havadan gələn təhlükələrdən etibarlı müdafiəni təmin edir. Ermənistan “Akash 1S”dən başqa daha iki raket əleyhinə müdafiə sisteminə maraq göstərib. Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM artıq istehsaldadır və effektivliyini sübut edib. “Akash” raketinin təkmilləşdirilmiş versiyası olan “Akaş-NG” isə hələ də Hindistan Ordusu və Hərbi Hava Qüvvələrindən onun gəlişini 2-3 il gecikdirə biləcək əmrləri gözləyir”, - IDRW portalı qeyd edir.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

IDRW mənbələrinin bildirdiyinə görə, “Akaş 1S” sisteminin tədarükü başladıqdan sonra Ermənistan müdafiə tələblərini təmin etmək üçün “MR-SAM” və “Akash-NG” sisteminin hərtərəfli texniki qiymətləndirilməsini keçirməyi planlaşdırır.

"Bu qiymətləndirmələrə əsasən, “MR-SAM” və “Akaş-NG” ilə bağlı qərar veriləcək", - portal qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol