Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunda meşə yanğını baş verib. Bölgədə əsən küləyin təsiri ilə böyüyən yanğına qurudan və havadan müdaxilə edilir.
BUTA.TV xəbər verir ki, Çanaqqalanın Gelibolu yarımadasında yerləşən əkin sahəsində naməlum səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik ərazisinə yayılıb. Yanğın səbəbindən ətrafdakı bir çox yaşayış məntəqəsi üzərində qatı tüstü meydana gəlib.
Hadisə ilə bağlı Çanaqqala Valiliyindən açıqlama verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Çanaqqalanın Böyükanafarta kəndi boşaldılıb.
Hazırda həm havadan, həm də qurudan yanğına müdaxilə qrupları səfərbər edilib. Vətəndaşlara bölgədə diqqətli olmaları ilə bağlı xəbərdarlıq olunub.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır