Rəşad Sadıqov "Şerif"i dəyərləndirdi

20:46 - 18 İyun 2024 - GÜNDƏM

 Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

BUTA.TV xəbər verir ki, püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi Moldova "Şerif"i ilə üz-üzə gələcək.

Rəşad Sadıqov isə klubun saytına açıqlamasında bunları deyib:

“Şerif” Azərbaycan futboluna tanış rəqibdir. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qeyd edək ki, "Zirə" ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü isə iyulun 18-də Bakıda keçirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol