Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur, bina zədə görməyib.
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video