Bakı Təşəbbüs Qrupunun hərtərəfli və uğurlu fəaliyyəti nəticəsində müstəmləkələkəçilikdən əziyyət çəkən regionlardakı real vəziyyət barədə dünya ictimaiyyətinin məlumatlılığı ardıcıl olaraq artıb və artırmaqda davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun BMT-nin müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı yaradılan xüsusi komitəsinin (C24) illik iclası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransın iştirakçılarına videomüraciətində deyilir.
“Təşkilatımız bərabərlik və ədalət prinsipinin qorunub saxlanması üzrə bütün haqlı fəaliyyəti bundan sonra da dəstəkləyəcək və biz insan hüquqlarının təşviqi və müdafiəsini rəhbər tutaraq müstəmləkəçiliyin aradan qaldırılmasına mühüm töhfə verəcəyimizə inanırıq. Məlum olduğu kimi, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mübarizəyə dəstək məqsədlə artıq bir sıra beynəlxalq tədbirlər keçirilib. Burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri, müstəmləkə regionlarında insan hüquqlarının pozulması kimi məsələlər müzakirə olunub”, - deyə bildirilib.
O, qeyd edib ki, fransız müstəmləkəçi doktrinasının xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar etməsindən bu gün ən çox əziyyət çəkən Kanak xalqıdır.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
İcraçı direktor kanak xalqı ilə tam həmrəylik ifadə edib və onların ədalətli mübarizəsini dəstəklədiyini açıqlayıb. Həmçinin Fransa hakimiyyətindən təklif olunan düzəlişlərin ləğvini tələb edib.
A.Abbasov qeyd edib ki, kanak xalqını və digər müstəmləkə ərazilərini müstəqillik əldə edənə qədər dəstəkləmək beynəlxalq hüquqa görə bir öhdəlikdir.
Abbasovun sözlərinə görə, təşkilat Bakı şəhərində Müstəqillik Hərəkatlarının Qurultayına ev sahibliyi etməyə hazırlaşır.
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video