“Qürur və qərəz” və “Aclıq oyunları” filmindəki rolları ilə tanınan kanadalı aktyor, Hollivud ulduzu Donald Sazerlend 89 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə aktyorun oğlu Kifer X-də məlumat verib.

"Atam Donald Sazerlendin vəfat etməsi xəbərini ürək ağrısı ilə sizlərə bildirirəm", - deyə o yazıb.

Aktyor uzun sürən xəstəlikdən sonra Mayamidə dünyasını dəyişib.

Kanadanın Baş naziri Castin Trüdo aktyorun ölümü ilə bağlı başsağlığı verib.

Rafiq Aslanovun oğlu Londonda 3.22 milyonluq əmlak aldı Rafiq Aslanovun oğlu Londonda 3.22 milyonluq əmlak aldı