İyulun 1-dən taksilərlə bağlı yeni tələblərin qüvvəyə minəcəyi ilə bağlı artıq taksi şirkətləri indidən tədbirlər görməyə başlayıblar. Buna görə də təklif kəskin azalıb, tələb isə artıb. Bu, həm qiymətləri qaldırıb, eyni zamanda, taksilər də qəhətə çıxıb – sifariş verənlər uzun müddət gözləməyə məcbur olur.
BUTA.TV xəbər verir ki, taksilərlə bağlı bu problem ictimai nəqliyyata axını artırsa da, burada da problem özünü göstərir. Belə ki, bəzi marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qalxır və səhər saatlarında ciddi narahatlıq yaranır. Xüsusən işə tələsənlər üçün bu, əhəmiyyətli problemə çevrilir.
Hazırda yay aylarıdır, ali və orta məktəblərdə tədris dayanıb, həmçinin məzuniyyət dövrüdür, işçilərin də sayı azalıb. Bu vəziyyətin məktəblər açılanda və insanlar məzuniyyətdən qayıdanda hansı sıxlığa və gərginliyə səbəb olacağını təsəvvür etmək çətin deyil.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirib ki, narazılıq edilən 3, 33 və digər marşrut avtobuslarının bu qədər gecikməsinin səbəbi günün pik saatlarında, yəni səhər və axşam avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığıdır:
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
“Sıxlıq avtobusların hərəkətinə maneə yaradaraq intervalların artmasına səbəb olur. Məsələn, 3 nömrəli müntəzəm marşrutda sərnişin tələbatına uyğun olaraq 22 avtobus 5-6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Paytaxtın bəzi küçələrində aparılan təmir işləri və nəqliyyat vasitələrinin hərəkətinin həmin küçələrdə məhdudlaşdırılması səbəbindən 3 nömrəli avtobusun da cədvəl üzrə nizamlı fəaliyyətində pozuntular, hərəkət intervalında gecikmələr müşahidə edilir”.
Maraqlıdır, yayda, nəqliyyata daha az ehtiyac duyulan zaman sıxlıq səbəbindən gecikən marşrutlar payızda hansı intervalla işləyə biləcəklər?
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?