Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.
- Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü
- Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...
- Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP
- Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi
- ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz
- Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə
- Ceyms Di Vens Azərbaycana gəlir
- Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi