Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC, “Facility Management Group” şirkəti, “Qırmızı ürəklər” Fondu, “Nargis” jurnalı, “Coca Cola” şirkəti, “EcoHub” ekoloji platforması nümayəndələri, eləcə də ekokönüllülərin iştirakı ilə baş tutuan tədbir zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.
“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...