Szinpin Ağ Evdə ABŞ-a hədiyyəsini elan etdi
Çin Prezidenti Si Szinpin yaxın günlərdə iki nəhəng pandanın Çindən Amerika zooparkına köçürüləcəyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, Ağ Evdə çıxış edən Çin lideri nəhəng pandanı Çin və ABŞ arasında tarixi dostluq "səfiri" adlandırıb və iki pandanın tezliklə Atlanta Zooparkında peyda olacağını bildirib.
Qeyd edək ki, Pekin və Vaşinqtonun “panda diplomatiyası” 1972-ci ildə, ABŞ Prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra başlayıb. O vaxt Çin sədri Mao Tszedunun hökuməti ABŞ-a iki nəhəng panda hədiyyə edib və bu, onilliklərlə davam edən diplomatik gərginlikdən sonra ikitərəfli münasibətlərin istiləşməsinin simvoluna çevrilib.
Çin və Amerika tərəfləri arasındakı razılaşmalarda Pekinin pandalar və onların balaları üzərində mülkiyyət hüququnu saxladığı göstərilir. Amerika zooparklarından da “Çində nəhəng pandaların qorunması məqsədilə” ödənişlər etmələri tələb olunur.
“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?