Dünyaya yeni “körpülər” lazımdır - Ərdoğan
Türkiyə və onun xalqı bütün dövrlərdə tarixin doğru tərəfində dayanaraq qətiyyətlə ədalətsizliyə qarşı çıxıb.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyası çərçivəsində Nyu Yorkda onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət addım-addım rəsmi Ankaranın əvvəldən tutduğu mövqeyə yaxınlaşır:
“Bu gün biz 190-dan çox ölkənin maraqlarının BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ ilə məhdudlaşdırıldığı BMT sistemindən danışırıq. Belə ədalətsiz struktur qlobal sabitliyi və bəyan edilmiş prinsipləri qorumaq iqtidarında deyil. Əsas məsələ odur ki, dünyanın müxtəlif regionları qlobal proseslərdə layiqli yer tuta bilsinlər”.
Ərdoğan veto mexanizminin ləğvinin vacibliyini bildirib:
“Yalnız beş dövlətin maraqlarını qoruyan model öz yerini bütün ölkələrin gözləntilərinə cavab verən mexanizmlərə verməlidir. Dünyaya yeni “körpülər” lazımdır, “divarlar” yox”.
“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?