Trampın yaxın çevrəsinə türk kürəkən – Ərdoğanın önünü açdığı 29 yaşlı iş adamı kimdir?
Foto
ABŞ Prezidenti Donald Trampın uzun müddət yaxın çevrəsində yer alan keçmiş vəkili və müşaviri Alina Habba türkiyəli iş adamı Turhan Mildonla ailə qurmağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, cütlüyün toyunun sentyabrın 26-da keçirilməsi planlaşdırılır.
29 yaşlı Turhan Mildon Türkiyənin Miller Holding şirkətinin rəhbəridir. Holdinq enerji, tikinti, gəmiçilik, mədənçilik və beynəlxalq ticarət daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərir. Mildon ailə biznesinin üçüncü nəslinin nümayəndəsidir.
42 yaşlı Alina Habba 2021–2024-cü illərdə Donald Trampı bir sıra mühüm məhkəmə işlərində təmsil edib və onun yaxın hüquq komandasının tanınmış simalarından birinə çevrilib. Tramp 2025-ci ildə Habbanı Nyu-Cersi üzrə ABŞ prokuroru vəzifəsinə gətirmişdi. Lakin federal məhkəmələr onun bu vəzifədə çalışmasının qanuni olmadığı qənaətinə gəlib və Habba 2025-ci ilin dekabrında prokurorluqdan ayrılıb.
Turhan Mildonun biznes fəaliyyəti xüsusilə Afrika və Latın Amerikasında diqqət çəkir. Onun rəhbərlik etdiyi şirkətlər Konqo Demokratik Respublikasında iri infrastruktur və digər layihələr həyata keçirib, daha sonra Venesuelanın sement sektoruna daxil olub.
Mildon daha əvvəl açıqlamasında Konqo bazarına çıxmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolundan danışıb. İş adamının sözlərinə görə, Ərdoğan onu Konqo Prezidenti Feliks Çisekedi ilə tanış edib. Mildonun şirkətləri Venesuelada da sement biznesinə sərmayə yatırıb.
Mildon isə bu evliliyin siyasi məqsəd daşıması barədə iddiaları qəbul etmir. O, Habba ilə ABŞ-də səfir olmuş ortaq tanışları vasitəsilə tanış olduğunu və münasibətlərinin siyasi motiv daşımadığını bildirib.
“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?