Londonda məşq zamanı hərbi atlar küçələrə qaçdı

18:44 - 1 İyul 2024 - GÜNDƏM

 Londonda məşq zamanı hərbi atlar küçələrə qaçdı

Aprel ayından bəri ikinci dəfədir ki, hərbi atlar məşq zamanı qaçaraq Londonun mərkəzi küçələrini qarışdırıblar.

BUTA.TV xəbər verir ki, hadisə ilə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bazar ertəsi səhər saatlarında məşq edərkən Məişət Süvari Alayından üç at qaçıb. Bildirilir ki, Britaniya Ordusu və şəhər polisi tərəfindən qısa müddət ərzində atlar alaya geri qaytarılıb. Atlardan biri yaralansa da, hərbçilərdən xəsarət alan olmayıb.

Qeyd edək ki, bu ilin aprelində də Londonda Bukinqem sarayı ətrafında məşq edən süvari birliyindən beş at qaçmışdı. O zaman atlar küçədən keçən dörd nəfəri yaralamışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol