Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb. Namizəd olmağı düşünənlər artıq bu barədə sosial şəbəkələrdə tez-tez paylaşımlar edərək gündəmə gəlirlər. Sosial şəbəkə istifadəçiləri də namizədlər siyahısında görmək istədikləri tanınmışların adını çəkir. Onların arasında ən çox səsləndirilən isə tanınmış idmançı Kamil Zeynallıdır.
Mövzu ilə bağlı danışan idmançı deputatlıq niyətinin olmadığını bildirib:
“Parlament seçkiləri ilə bağlı yazılanları, namizəd olmaq istəyənləri mən də izləyirəm. Hər kəsə uğurlar arzulayıram!
Mənimsə namizəd olmaq kimi bir fikrim yoxdur. Mən idmanla məşğul oluram, məşqlərə davam edirəm, özümə vaxt ayırıb istirahət edirəm. Namizəd olanlara bir daha uğurlar arzu edirəm, inşallah, yolları açıq, şansları da bol olsun!
İdmançı gənc nəslin deputat seçilməsinin tərəfdarı olduğunu bildirib. K.Zeynallı hər bir gəncləşmə siyasətini dəstəklədiyini qeyd edib:
“Ümid edirəm ki, cənab Prezidentin gəncləşmə siyasəti öz tövhəsini verəcək. Necə ki, nazirlərimiz, digər gənc məmurlarımızın bugünkü yerlərə gəlib çıxmasını görəndə adam sevinir, bu tendensiyanı digər sahələrdə də görəcəyimizi ümid edirəm. Gənc nəsil mütləqdir, illərdir kreslosunu vermək istəməyənlər artıq yavaş-yavaş siyasətdən və kreslodan uzaqlaşdırılır, bu da sevindirici haldır. Yeni fikir, yeni nəsil, yeni mövzular hər zaman daha maraqlı olur. Bu həm millətimiz, həm də dövlətimiz üçün müsbət addımdır. Ümid edirəm, xalq olaraq bunun xeyrini görərik”.
- Ermənistana 7 vaqon buğda göndəriləcək
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
- “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq