Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib

17:14 - 10 İyul 2026 - GÜNDƏM

 Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib.

BUTA.TV” “Unikal”a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü (kişi) və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb.

Partlayışda xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın ata-anasıdır. Onun xəsarət alan bacısının müalicəsi isə xəstəxanada davam etdirilir.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “BUTA.TV”ya faktı təsdiqləyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol