Qarabağın erməni separatçıları İrəvandakı fəaliyyətlərini aktivləşdiriblər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, separatçılar bu dəfə 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra fəaliyyəti dayanan Artsax TV-nin fəaliyyətini bərpa edirlər.
Keçmiş qondarma respublikada ombudsman olan Geqam Stepanyan da artıq yayılan məlumatı təsdiqləyib. O, TV-nin faəliyyətini kiçik komanda ilə davam etdirəcəyini bildirib. Televiziyanın fəaliyyətini davam etdirməsində əsas məqsədin Qarabağ ermənilərinin identikliyini saxlaması, Qarabağ ermənilərinin dialektinin qorunması olduğu vurğulanıb.
Qeyd edək ki, Qarabağın erməni separatçıları Baqrat Qalstanyanın etirazları fonunda aktivləşiblər. LAkin Paşinyan administrasiyası buna cavab olaraq dərhal hərəkət keçib. İndiyə separatçılardan olan 3 mer saxlanıb, eləcə də separatçı rejimin son lideri Samvel Şahramanyanın avtomobilləri müsadirə edilib və haqqında cinayət işinin başladılacağı xəbərləri yayılır.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu
- TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal
- Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatın əsas dayağı olmalıdır
- Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
- Ermənistana 7 vaqon buğda göndəriləcək